DİAKARB - DIACARB (tabletlər)
Beynəlxalq patentləşdirilməmiş adı: Acetazolamide
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün məlumat)

 

Tərkibi:
Təsiredici maddə: asetazolamid 250 mq
Köməkçi maddələr: kartof nişastası, talk, qlikolat nişastanın natrium duzu.

 

Təsviri: Ağ rəngdə, dairəvi, yastı tabletlər.

Farmakoterapevtik qrupu: Diuretik maddə.


Farmakolojı xüsusiyyətləri:

Farmakodinamikası:
Zəif diuretikdir. Karbonat anhidrinin hidratlaşma, karbonat turşusunun dehidratlaşma proseslərini (CO2 + H2O—>H2C03) stimullaşdıran karboanhidraza fermentinin təsirini zəiflətməklə proksimal qıvrım borucuqda hidrokarbonat ionlarının (HCO-3) reabsorbsiyasını pozur, nəticədə hidrokarbonat duzlarının xaric olması sürətlənir. Bununla yanaşı Na+ ionlarının reabsorbsiyası da pozulur. K+ ionlarının sidiklə ifrazı sürətlənir, Cl- ionlarının ifrazı isə dəyişmir. Turşu-qələvi balansını pozaraq metabolik asidoz törədə bilir. Kirpikli cismin karboanhidraza fermentinin təsirini zəiflətməklə, gözdaxili mayenin sekresiyasının azalmasına və gözdaxili təzyiqin aşağı düşməsinə səbəb olur. Təsir müddəti - 12 saata qədərdir.
Farmakokinetikası:
Absorbsiyası - yüksəkdir. Preparatın 500 mq dozada daxilə qəbulundan 2 saat sonra plazmada maksimal konsentrasiyası qeydə alınır. Plasentar baryeri keçir. Qan zərdabının zülalları ilə əlaqəsi güclüdür. Dəyişilməmiş halda böyrəklərlə xaric olur.


Istifadəsinə göstərişlər:

Ödem sindromu (alkalozla müşayət olunan, zəif və orta dərəcəli), qlaukoma (birincili və ikincili, kəskin tutma), epilepsiya (epilepsiya əleyhinə preparatlarla kombinəedilmiş şəkildə).


Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, kəskin böyrək çatışmazlığı qaraciyər çatışmazlığı, qaraciyər sirrozu, hipokaliemiya, hiponatriemiya, asidoz, hipokortisizm, Addison xəstəliyi, uremiya, şəkərli diabet, hamiləlik, laktasiya dövrü, xronikiqeyri-durğun bağlıbucaqlı qlaukoma, sulfanilamdlərə qarşı allergiya.

Ehtiyatla - qaraciyər və böyrək mənşəli ödemlər, asetilsalisil turşusunun yüksək dozalarının qəbulu.

 

Xüsusi göstərişlər:
Pasiyentlər suisidal fikirlər və davranış əlamətlərinə görə nəzarət altında saxlanmalıdırlar.
Uzun müddət təyin edildikdə  xüsusi ehtiyat tədbirləri tövsiyə edilməlidir: Pasiyent hər hansı qeyri-adi dəri səpgiləri yarandığı halda tibb işçisinə müraciət etməlidir. Vaxtaşırı qan hüceyrələrinin və qanda elektrolitlərin səviyyəsi yoxlanmalıdır. Sulfonilamidlərə qarşı yüksək həssaslıq reaksiyası ilə nadir hallarda ölüm hadisələri baş vermişdir. Ağ ciyərlərin obstruksiyası və ya emfizeması olan xəstələrdə preparat asidozun ağırlaşmasına səbəb ola bilər.  

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Epilepsiya əleyhinə  preparatların  qəbulu nəticəsində  baş  verən  osteomalyasiyanı gücləndirir.
Teofillin və digər diuretiklərlə birgə qəbulu sidikqovucu təsiri artırır. Turşuəmələgətirən diuretiklər Diakarbın sidikqovucu təsirini zəiflədir.
Salisilatların, üskükotu preparatlarının, karbamazepinin, efedrinin, antidepolyarizəedici miorelaksantların toksiki təsirlərini gücləndirir. Uzunmüddətli istifadə zamanı su-elektrik balansı, periferik qan, turşu-qələvi balansı nəzarətdə saxlanmalıdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Asetazolamid yüksək dozalarda yuxuyameyllik, zəiflik, başgicəllənmə yarada və dezorientasiyaya səbəb ola bilər. Bu səbəbdən müalicə zamanı xəstələr nəqliyyat vasitəsini idarə etməməli yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən işlərdən uzaq olmalıdırlar.

 

İstifadə qaydası və dozası:
Preparat daxilə, yalnız həkim təyinatı ilə qəbul edilir.
• Ödem sindromu:
Müalicənin əvvəlində gündə 1 dəfə, səhər 250-375mq (1 - 1,5 tablet).
Maksimal diuretik effekt preparatı günaşırı və ya iki gün ardıcıl, sonra bir günlük fasilə ilə qəbul etdikdə əldə edilir.
Diakarbı qəbul edərkən qan dövranı çatışmazlığı ilə bağlı müalicə, (məsələn üskükotu qlikozidləri ilə müalicə) davam etdirilməli, duz qəbulu azaldılmalı, kalium çatışmazlığı bərpa edilməlidir.
• Qlaukoma:

Böyüklər üçün:

- açıqbucaqlı qlaukomada: gündə 1-4 dəfə 250 mq (1 tablet) 1000 mq-dan (4 tablet) artıq dozalar müalicənin effektivliyini artırmır.

- ikincili qlaukomada: 250 mq (1 tablet) hər 4 saatdan bir.
Bəzi xəstələrdə preparatın effektivliyi sutkada 2 dəfə 250 mq (1 tablet) dozadan sonra qeydə alınır (qısamüddətli müalicədə).
- qlaukomanın kəskin tutmalarında: 250 mq-lıq (1 tablet) gündə 4 dəfə.
Qlaukoma tutması zamanı uşaqlarda: bədən kütləsinin hər kq-na 10-15 mq olmaqla gündə 3-4 dəfə bölünmüş dozalarda.
• Epilepsiya:
Böyüklər üçün: 250-300 mq/sutka dozada bir dəfəyə qəbul edilir (3 gün ardıcıl, 4-cü gün fasilə).

Uşaqlar üçün: 4-12 aylıq 50 mq/sutka dozada 1-2 dəfəyə; 2-3 yaşlı 50-125 mq/sutka dozada 1-2 qəfəyə, 4-18 yaşlı 125-250 mq dozada bir dəfə, səhər.
Diakarbı digər qıcolma əleyhinə preparatlarla birgə istifadə edərkən, müalicənin əvvəlində sutkada 1  dəfə 250 mq qəbul olunur, ehtiyac olarsa dozanını tədricən artırırlar.
Uşaqların sutkada 750 mq-dan artıq dozada istifadə etməsi məsləhət deyildir.
• Dağ xəstəliyi:
Preparatı sutkada 500-1000 mq olmaqla (2-4 tablet) bərabər dozalarda qəbul etmək məsləhətdir.
Hündürlüyə sürətlə qalxma hallarında - bərabər dozalarla sutkada 1000 mq (4 tablet).
Preparat hündürlüyə qalxmazdan 24-48 saat əvvəl qəbul edilir, xəstəliyin əlamətləri aradan qalxmazsa preparatı növbəti 48 saat üçün, lazım gələrsə daha artıq müddət qəbul etmək məsləhətdir. Preparatın qəbulu yaddan çıxmışsa növbəti qəbulda ikiqat doza qəbul etmək olmaz.

 

Əlavə təsirləri:
Dad hissinin dəyişməsi, poliuriya, üzün qızarması, susuzluq hissi, baş ağrısı,  baş gicəllənməsi, depressiya, libidonun azalması, nadir hallarda – fotohəssaslıq.
Hipokaliemiya, əzələ zəifliyi, qıcolmalar, dərinin hiperemiyası, paresteziyalar, qulaqda küy, anoreksiya, metabolik asidoz, dəri qaşınması, miopiya, övrə. Uzun müddət istifadə etdikdə - nefrolitiaz, hematuriya, qlükozuriya, hemolitik anemiya, leykopeniya, aqranulositoz, dezorientasiya, hissi pozğunluqlar, yuxuyameyllik, ürəkbulanma, qusma, diareya, allergik reaksiyalar, paresteziyalar,səpgi (Stivens-Cohnson sindromu, toksik epidermal nekroz daxil olmaqla), anafilaktik reaksiya, qara ciyər və böyrək  funksiyasının pozulması.

 

Doza həddinin aşılması:
Preparatla zəhərlənmə hallarında təcili həkimə müraciət etmək lazımdır.
Preparatın dozasının artıq olması və ya kəskin zəhərlənmə halları qeydə alınmamışdır.
Simptomlar - əlavə təsirlərin güclənməsi.
Müalicə: simptomatikdir.


Buraxılış forması: AI/PVX folqasından hər blisterdə (10) tablet olmaqla  (3) blister ((30) tablet) içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: B Siyahısı. Quru və qaranlıq yerdə, 25°C-dən aşağı temperaturda saxlanmalıdır.

Yararhlıq müddəti: 5 ildir. Yararhlıq müddəti bitdikdən sonra istifadə edilmənralidir.

Aptekdən buraxılma şərti: Həkim reseptilə buraxılır.

 

İstehsalçı: "POLFARMA" S.A Farmasevtik zavodu, Pelplinska küç. 19, 83-200 Staroqard Qdanski, Polşa.