DRRESTART EDU

DR.RESTART_EDU

İxtisas seçimindən sonrakı prosedurlar/addımlar

    Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd Mərkəz tərəfindən müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməlidir. 

Qeydiyyat qaydası:

Qeydiyyatdan keçmiş namizədlər tələb olunan sənədlərin əslini qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına:


-      Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə;


-      Naxçıvan Dövlət Universitetinə və Naxçıvan Muxtar Respublikasının digər klinik bazalarına qəbul olmuş şəxslər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə;


-      Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə


şəxsən  təqdim etməklə mülki müqavilə bağlamalıdırlar. Namizədin müəyyən          olunmuş           müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas

üzrə     təhsil     almaqdan     imtina     etməsi     kimi

qiymətləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar və onlar rezidenturaya qəbul olunanlar siyahısından xaric edilirlər.